Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 02 oktyabr 2022 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 140 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 265, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 50 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 892 609, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 383 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 821, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 802, pozitiv nəticədən sonra buster doza olunanların sayı 261 846 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR