Son sutkada Azərbaycanda COVID-19 əleyhinə yalnız bir peyvənd vurulub

Son sutkada Azərbaycanda COVID-19 əleyhinə yalnız bir peyvənd vurulub
# 03 oktyabr 2022 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, son sutkada birinci və ikinci mərhələ üzrə vaksinasiya olunmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da olunmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 892 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 383 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 821, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 846 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR