Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 25 noyabr 2022 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 561 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza vaksin vurduranların sayı 235, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 37 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 920 621, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 353, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 597, üç və daha çox doza vaksin vurduranların sayı 3 390 878, pozitiv nəticədən sonra “Buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 793 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR