Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 05 yanvar 2023 18:55 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 396 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 325, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 40, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 932 675, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 396 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 728, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 660 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR