Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 17 yanvar 2023 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 445 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 218, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 133, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 938 242, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 315, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 361, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 596, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 970 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR