Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 26 yanvar 2023 16:35 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 350 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, üç və daha çox doza vaksin vurduranların sayı 114, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 nəfərdir.

Vaksinasiya olunanların ümumi sayı 13 941 202, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 401 798, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 797, üç və daha çox doza vaksin vurduranların sayı 3 397 440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 167 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR