Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 01 fevral 2023 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 281 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 88, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 81, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 942 856, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 112, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 281 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR