Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 08 fevral 2023 19:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 310 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 125, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 110, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 944 476, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 873, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 558, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 685, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 360 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR