Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 23 fevral 2023 20:28 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 178 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 79, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 947 936, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 881, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 661, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 833, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 561 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR