Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 24 fevral 2023 17:06 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 396 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 123, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 948 332, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 784, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 977, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 579 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR