Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 27 fevral 2023 00:54 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 175 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, üç və daha çox doza vaksin vurduranların sayı 68, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 12 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 948 730, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 898, üç və daha çox doza vaksin vurduranların sayı 3 400 116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 604 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR