Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 26 mart 2023 16:35 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 155 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 50, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 953 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 794, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 715, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 874 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR