Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 01 iyun 2023 16:34 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, üç və daha çox doza vaksin vurduranların sayı 21 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya vurulmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 965 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 877, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 098, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 234 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR