Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənən uşaqların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənən uşaqların sayı açıqlanıb
# 28 dekabr 2021 17:29 (UTC +04:00)

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndlənən uşaqların sayı açıqlanıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib ki, bu günə qədər 538 uşaq vaksin olunub.

O qeyd edib ki, həmin uşaqlara “Pfizer” peyvəndi vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR