Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
# 31 may 2023 20:49 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 500 nəfər müalicə olunaraq sağalıb, 10 274 nəfər vəfat edib, aktiv xəstə sayı 60 nəfərdir.

Ölkədə son sutka ərzində 1923, hazırkı dövrədək isə 7 662 334 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR