Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
# 20 may 2023 16:36 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 727 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 376 nəfər müalicə olunaraq sağalıb, 10 272 nəfər vəfat edib, aktiv xəstə sayı 79 nəfərdir.

Ölkədə son sutka ərzində 1 144, hazırkı dövrədək isə 7 610 914 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR