Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub, ölüm faktı qeydə alınmayıb

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub, ölüm faktı qeydə alınmayıb
# 31 oktyabr 2022 21:18 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, infeksiyadan ölüm faktı aşkarlanmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.

Ölkədə son sutka ərzində 1020, hazırkı dövrədək isə 7 320 320 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR