Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub
# 20 may 2022 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 52 nəfərdir.

Ölkədə son sutka ərzində 2 228, hazırkı dövrədək isə 6 867 409 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR