Azərbaycanda daha 129 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda daha 129 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib
# 30 sentyabr 2022 16:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, 9917 nəfər vəfat edib, aktiv xəstə sayı 936 nəfərdir. Ölkədə son sutka ərzində 2400, hazırkı dövrədək isə 7 249 967 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR