Azərbaycanda daha 20 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 20 nəfər COVID-19-a yoluxub
# 27 fevral 2023 00:49 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 512 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 238 nəfər müalicə olunaraq sağalıb, 10 117 nəfər vəfat edib, aktiv xəstə sayı 157 nəfərdir.

Ölkədə son sutka ərzində 991, hazırkı dövrədək isə 7 552 178 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR