Azərbaycanda daha 25 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 25 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
# 26 noyabr 2022 16:32 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 193 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, 9976 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.

Ölkədə son sutka ərzində 2015, hazırkı dövrədək isə 7 369 434 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR