Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub
# 01 yanvar 2023 16:45 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 427 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 946 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 473 nəfərdir.

Ölkədə son sutka ərzində 1 365, hazırkı dövrədək isə 7 432 124 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR