Azərbaycanda daha 277 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 277 nəfər COVID-19-a yoluxub
# 20 iyul 2022 18:01 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 795 190 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 181 nəfər müalicə olunaraq sağalıb, 9 727 nəfər vəfat edib, aktiv xəstə sayı 1 282 nəfərdir.

Ölkədə son sutka ərzində 3 523, hazırkı dövrədək isə 7 011 596 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR