Azərbaycanda daha 33 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

Azərbaycanda daha 33 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb
# 13 noyabr 2022 17:33 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 823 721 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 570 nəfər müalicə olunaraq sağalıb, 9 963 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.

Ölkədə son sutka ərzində 1 390, hazırkı dövrədək isə 7 344 397 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR