Azərbaycanda daha 41 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 41 nəfər COVID-19-a yoluxub
# 25 noyabr 2022 16:31 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 168 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 284 nəfərdir. Ölkədə son sutka ərzində 1802, hazırkı dövrədək isə 7 367 419 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR