Azərbaycanda daha 476 nəfər COVID-19-a yoluxub, 3 nəfər ölüb

Azərbaycanda daha 476 nəfər COVID-19-a yoluxub, 3 nəfər ölüb
# 04 sentyabr 2022 16:36 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 3 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 815 523 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 802 256 nəfər müalicə olunaraq sağalıb, 9 825 nəfər vəfat edib, aktiv xəstə sayı 3 442 nəfərdir.

Ölkədə son sutka ərzində 3 503, hazırkı dövrədək isə 7 170 036 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR