Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
# 01 dekabr 2022 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, 9 981 nəfər vəfat edib, aktiv xəstə sayı 256 nəfərdir.

Ölkədə son sutka ərzində 1 840, hazırkı dövrədək isə 7 377 282 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR