Azərbaycanda daha 612 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda daha 612 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
# 03 sentyabr 2022 21:02 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 612 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 9 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 815 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 707 nəfər müalicə olunaraq sağalıb, 9 822 nəfər vəfat edib, aktiv xəstə sayı 3 518 nəfərdir.

Ölkədə son sutka ərzində 4 025, hazırkı dövrədək isə 7 166 533 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR