Azərbaycanda daha 65 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda daha 65 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib
# 14 mart 2023 17:20 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 011 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 638 nəfər müalicə olunaraq sağalıb, 10 147 nəfər vəfat edib, aktiv xəstə sayı 226 nəfərdir.

Ölkədə son sutka ərzində 1 558, hazırkı dövrədək isə 7 543 617 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR