Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
# 06 oktyabr 2022 16:31 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 631 nəfərdir.

Ölkədə son sutka ərzində 2 848, hazırkı dövrədək isə 7 266 943 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR