Azərbaycanda daha 74 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda daha 74 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib
# 28 mart 2023 20:27 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 115 nəfər müalicə olunaraq sağalıb, 10 175 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.

Ölkədə son sutka ərzində 1 721, hazırkı dövrədək isə 7 555 412 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR