Azərbaycanda distant siniflərin sayı açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 28 dekabr 2021 12:11 (UTC +04:00)

Azərbaycanda distant təhsilə keçən məktəb və siniflərin sayı açıqlanıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tədris ili başlayandan ümumi distant təhsilə keçirilən siniflərin sayı 2400 olub.

Onlardan əyani təhsilə qayıdan məktəblərin sayı 2289-dur. Hazırda 111 sinif distant təhsildədir.

Tədris ili başlayandan ümumi distant təhsilə keçirilmiş məktəblərin sayı 70 olub, onların hamısı əyani təhsilə qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR