Azərbaycanda distant təhsilin akkreditasiyadan keçirilməsi üzərində işlənilir

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 04 may 2022 12:48 (UTC +04:00)

“Distant təhsil formasının akkreditasiyadan keçirilməsi üzərində işlənilir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, təhsilin bu və ya digər şəkildə tanınması üçün zəruri şərt həmin proqramın akkreditasiya olunmasıdır: “Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Distant təhsil tədrisin bir formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisdə Elm və təhsil komitəsi ilə iş aparılır. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Bunu dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR