Azərbaycanda dövlət orqanlarının strukturuna daxil olan qurumlarda xidmət müddəti sığorta stajına daxil ediləcək

Azərbaycanda dövlət orqanlarının strukturuna daxil olan qurumlarda xidmət müddəti sığorta stajına daxil ediləcək
# 11 sentyabr 2019 17:42 (UTC +04:00)

Dövlət orqanlarının strukturuna daxil olan qurumlarda xidmət müddəti sığorta stajına daxil ediləcək.

APA-nın məlumatına görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinə (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) dəyişiklik təklif edilir.

Qanunun 21.2.3-cü bəndinə təklif edilən dəyişikliyə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil ediləcək.

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR