Azərbaycanda hər 100 təhsil alanın 47-si qadındır

Azərbaycanda hər 100 təhsil alanın 47-si qadındır
# 24 dekabr 2021 16:13 (UTC +04:00)

2021-ci ilin əvvəlinə Azərbaycanda hər 100 təhsil alanın 47-si qadın, 53-ü kişidir.

APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında qeyd edilib. 2020-2021-ci tədris ilinin əvvəlinə olan məlumata görə, ümumi, peşə, orta ixtisas, ali təhsil müəssisələri və doktoranturada təhsil alanların 978582 nəfərini qadınlar, 1099771 nəfərini kişilər təşkil edib.

Həmin dövrdə ümumi təhsil müəssisələrində təhsil alanların 78,6 faizi. qadınlar, 80,8 faizi kişilər olub. Peşə təhsili müəssisələrində təhsil alanların 7,2 faizini qadınlar, 7,6 faizini kişilər, orta ixtisas təhsili müəssisələrində təhsil alanların 3,8 faizini qadınlar, 2 faizini kişilər, ali təhsil müəssisələrində və doktoranturada təhsil alanların 10,4 faizini qadınlar, 9,6 faizini kişilər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR