Azərbaycanda həssas vəziyyətdə olan miqrantlara yardımlar göstəriləcək

Dövlət Miqrasiya Xidməti

© APA | Dövlət Miqrasiya Xidməti

# 12 may 2022 10:07 (UTC +04:00)

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara BMqT-nin COVID- 19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi” layihəsi ilə əlaqədar ehtiyacı olan miqrantlara müvəqqəti mənzil təminatı, ərzaq, qeyri-qida məhsulları, geyim, eləcə də tibbi və sənədləşmə istiqamətləri üzrə yardımların göstərilməsini planlaşdırır.

Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.

Bildirib ki, yardımlar aşağıdakı şəxslər üçün nəzərdə tutulub:

Qeyri-qanuni vəziyyətdə olan miqrantlar (vizasının vaxtı bitən, şəxsi sənədlərinin vaxtı bitən);

Ağır iqtisadi vəziyyətdə yaşayanlar;

Qida/qeyri-qida məhsullarına, sığınacağa ehtiyacı olanlar;

İşsiz aşağı ixtisaslı əməkçi miqrantlar;

Aztəminatlı miqrantlar (ölkədə müəyyən edilmiş yaşayış minimumuna istinadla);

Çətin vəziyyətdə olan əcnəbi tələbələr;

Sığınacaq müraciətinə imtina almış şəxslər;

Qeyd olunan miqrant kateqoriyalarına və həssaslıq meyarlarına uyğun gələn şəxslər yardımdan faydalanmaq üçün aşağıdakı əlaqə vasitələrini istifadə etməklə müsahibə üçün müraciət edə bilərlər:

Elektron qeydiyyat forması

Qeyd olunub ki, sözügedən yardımlar Azərbaycan vətəndaşlarına, Azərbaycanda daimi yaşama icazəsi və qaçqın statusu olan şəxslərə şamil edilmir.

Yardımdan yararlana biləcək şəxslərə dair yekun qərar BMqT-nin Azərbaycan nümayəndəliyində keçiriləcək müsahibə əsasında veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR