Azərbaycanda icbari tibbi sığorta sistemindəki boşluqlara dair hesabat hazırlanacaq

Azərbaycanda icbari tibbi sığorta sistemindəki boşluqlara dair hesabat hazırlanacaq
# 21 sentyabr 2022 11:05 (UTC +04:00)

“Azərbaycanda icbari tibbi sığorta sistemindəki boşluqlara dair hesabat hazırlanacaq”.

APA xəbər verir ki, bunu Litvanın Milli Səhiyyə Sığorta Fondunun nümayəndəsi Tatyana Golubayeva “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi" tvininq layihəsinin açılışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta ilə bağlı ətraflı məlumat topladıqdan sonra sistemdə olan boşluqların ifadə olunduğu hesabat hazırlanacaq:

“Bundan başqa yeni səhiyyə indikatorları hazırlanacaq. Həmin indikatorlar da bizim tərəfdaş olan Agentliyin təcrübəsi ilə oxşarlıq təşkil edəcək. Birlikdə işləməyimiz çox məhsuldar olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR