Azərbaycanda insan alveri qurbanlarının yaş həddi açıqlanıb

Azərbaycanda insan alveri qurbanlarının yaş həddi açıqlanıb
# 28 aprel 2022 16:59 (UTC +04:00)

Keçən il 94 qadın və 1 kişi insan alverinin qurbanı olub.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, onların hamısı Azərbaycan vətəndaşları olub. İnsan alveri qurbanlarının 5 nəfəri 18-25, 59 nəfəri 25-35, 31 nəfəri isə 35-dən yuxarı yaş həddində olub.

Sənəddə bildirilib ki, qurbanlardan 74-ü cinsi istismar məqsədilə Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. 1 nəfər isə ölkə daxilində məcburi əməyə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR