İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib 

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təqaüdə göndərilib 
# 28 may 2022 11:13 (UTC +04:00)

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, bu münasibətlə Əlaslan Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR