Azərbaycanda kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək

Azərbaycanda kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək
# 05 iyul 2022 14:53 (UTC +04:00)

Kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.

Fərmana əsasən, bu qaydalarda kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblər və kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər də müəyyən olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR