Azərbaycanda kvota üzrə 66 min iş yeri mövcuddur

Azərbaycanda kvota üzrə 66 min iş yeri mövcuddur
# 08 dekabr 2022 12:45 (UTC +04:00)

"Əsas məqsədimiz vətəndaşlarımızı işlə təmin etməkdir".

APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Sosial müdafiəyə ehtiyacı olan şəxslər cəmiyyətin bir üzvüdür” tədbirində deyib.

O bildirib ki, tədbirin əsas məqsədi əmək bazarında həssas qrupdan olan şəxsləri işlə təmin etməkdir:

"Məqsədimiz ölkədə əmək bazarını maksimum güclü etməkdir. Çünki həssas qrupa aid olan şəxslərin işə cəlb edilməsi bizim üçün çox önəmlidir. Ölkədə hazırda kvota üzrə 66 min iş yeri mövcuddur. Bunlardan demək olar ki, böyük əksəriyyəti dolub. Həmçinin, kvota üzrə işlə təmin edilmənin prosesini elektronlaşdırırıq. Müxtəlif peşələrə sahib olan insanlar işlə təmin ediləcək. Müasir dünyada bunu anlayırıq ki, təkcə maddi ehtiyaclar yox həmçinin, sosial ehtiyaclarınıda qarşılamalıyıq. Bu ikisi birlikdə olsa, gözəl cəmiyyət olar. Bu baxımdan biz sosial tərəfdaşlarımızla birlikdə işləyirik".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR