Azərbaycanda meymunçiçəyi ilə bağlı testlərdən istifadə olunur, nəticələr neqativdir - VİDEO

Azərbaycanda meymunçiçəyi ilə bağlı testlərdən istifadə olunur, nəticələr neqativdir - VİDEO
# 18 iyul 2022 12:21 (UTC +04:00)

Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, epidemioloji vəziyyət diqqətlə izlənilir.

Bildirilib ki, şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur:

“Testlərdən istifadəyə gəldikdə bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər iki şəxsin test nəticəsi neqativdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR