Azərbaycanda Mülki Müdafiə Fondunun yaradılması nəzərdə tutulur - VİDEO

General-mayor Niyazi Zamanov

© APA | General-mayor Niyazi Zamanov

# 11 noyabr 2022 12:59 (UTC +04:00)

Azərbaycanda Mülki Müdafiə Fondunun yaradılması nəzərdə tutulur.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov “Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət” mövzusunda keçirilən elmi-praktiki konfransda məlumat verib.

O bildirib ki, fond mühafizə qurğuları, fərdi mühafizə vasitələri ilə təminat məsələsi, əhalinin xəbərdarlıq sistemi və s. məsələləri özündə əks etdirəcək: "Bütün bunlar qanunvericilikdə nəzərdə tutulub. Bu məsələnin həlli bu gün ölkədə ən prioritet istiqamətlərdəndir. Həmçinin Nazirlər Kabineti tərəfindən qaldırdığımız bütün məsələlərin həlli istiqamətində böyük tərkibdə komissiya yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR