Azərbaycanda noutbukların satışı azalıb

Azərbaycanda noutbukların satışı azalıb
# 04 iyul 2022 10:57 (UTC +04:00)

Bu ilin iyun ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı may ayı ilə müqayisədə 0,7 faiz bəndi azalıb.

APA-Economics”in “Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, noutbukların bazar payı cari ilin iyulun 1-nə 67,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 9,3 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, bu ilin iyun ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı 0,6 faiz bəndi artaraq iyulun 1-nə 31,1% təşkil edib. Bu isə 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,3 faiz bəndi azdır.

Hesabatda bu ilin iyul ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,04% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisinə bərabərdir. Bu seqment üzrə cari ilin iyun ayında (may ayına nisbətdə) 0,1 faiz bəndi artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR