Azərbaycanda Ozon dağıdıcı maddələrin istehlakı azalıb

Azərbaycanda Ozon dağıdıcı maddələrin istehlakı azalıb
# 16 sentyabr 2022 11:02 (UTC +04:00)

Azərbaycanda Ozon dağıdıcı maddələrin istehlakı azalıb.

APA xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Fuad Hümbətov bildirib ki, hazırda Azərbaycan “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”-na əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Ölkəmizdə Protokol çərçivəsində görülmüş tədbirlər nəticəsində Ozon dağıdıcı maddələrdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq mərhələlərlə istifadədən çıxarılıb, istehlak 271 tondan 0.016 tona qədər azalıb:

“Ozon qatının tükənməsinə dair son elmi araşdırmalar göstərir ki, konvensiyanın icrası nəticəsində 2000-ci ildən bəri planetdə ozon təbəqəsinin hissələri on il ərzində 1-3 faiz sürətlə bərpa olunur. Proqnozlaşdırılan sürətlə ozon qatı şimal yarımkürəsi və orta enliklərdə 2030-cu ilə, cənub yarımkürəsində 2050-ci ilə, qütb bölgələrində isə 2060-cı ilə qədər tamamilə bərpa oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR