Azərbaycanda QİÇS-ə ən çox yoluxma qeydə alınan ərazilər açıqlanıb

Azərbaycanda QİÇS-ə ən çox yoluxma qeydə alınan ərazilər açıqlanıb
# 01 dekabr 2022 11:09 (UTC +04:00)

Şirvanda QİÇS infeksiyasına yoluxma daha çoxdur.

APA xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, Astara, Lənkəran, Hacıqabul Sumqayıtda da bu virusa yoluxma yüksəkdir:

"Bu göstərici infeksiyanın hər 10 min nəfərə görə neçə nəfərdə özünü göstərməsinə görə qeydə alınıb".

Mərkəz direktoru ölkəmizdən kənarda baş verən yoluxma hallarına da diqqət çəkib:

"Bu il ərzində Rusiyada 2102 (təkcə dekabr ayında 107), Türkiyədə 169 (təkcə dekabr ayında 23), Ukraynada isə 194 (təkcə dekabr ayında 12) yoluxma qeydə alınıb", o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR