Azərbaycanda qripə yoluxma ilə bağlı vəziyyət açıqlanıb

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 26 yanvar 2022 15:22 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatı şimal yarımkürəsi üçün qrip virusunun olacağını qeyd edib”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, bununla bağlı peyvəndlər yaşlı şəxslərə, uşaqlara, yanaşı xəstəliyi olanlara tövsiyə olunub: “Koronavirusdan başqa digər respirator virus infeksiyaları ola bilər. Bunlar ara-sıra dövran edir. Yoluxduruculuğu kifayət qədər olsa da, ölüm halları yüksək olmur. Karantin tədbirləri olduqda belə infeksiyaların sayı azalır. Karantin qaydaları yumşaldıqca adi illərdə olduğu kimi bu virus infeksiyalarına rast gəlinir”.

O qeyd edib ki, hər bir infeksiyanın fon səviyyəsi var: “Bu rəqəmlər ötən illərə nisbətən aşağıdır. Bu da COVID-ə görə qaydalara əməl olunması ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR