Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb
# 16 sentyabr 2019 12:13 (UTC +04:00)

Bu il sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 191,2 min nəfər olub ki, onlardan 4 939,1 min nəfərini məşğul əhali təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub, onların 35,3%-ni qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR