Azərbaycanda satınalma prosedurlarında iştirak edən malgöndərənlərin vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilib

Azərbaycanda satınalma prosedurlarında iştirak edən malgöndərənlərin vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilib
  • Clock-gray 12:40
  • calendar-gray 12 İyul 2019

Azərbaycanda satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.

APA-nın məlumatına görə, bu, “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.

Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Milli Məclisin bugünkü iclasında qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date