Azərbaycanda son sutkada 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
# 23 yanvar 2022 17:37 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 633 731 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib, aktiv xəstə sayı 12 829 nəfərdir.

Ölkədə son sutka ərzində 8 851, hazırkı dövrədək isə 6 065 279 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR